Dairəni hansı sürücü düzgün tərk edir?- Doğru cavab

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir. Sual belədir:
Dairəni hansı sürücü düzgün tərk edir?
1) Qırmızı avtomobilin sürücüsü
2) Sarı avtomobilin sürücüsü
3) Bir-birinə mane olmursa hər iki sürücü
Doğru cavab: 2) Sarı avtomobilin sürücüsü
İzahı: “Yol Hərəkəti Haqqında Qanun”un 42-ci maddəsinin VI hissəsində qeyd olunub ki, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır.
Yəni sürücü sağa dönərsə sağ zolaqdan, sola və ya geriyə dönərsə sol zolaqdan manver etməlidir. Bu sualda qırmızı rəngli avtomobilin sürücüsü kənar vəziyyət tutmadığı üçün qaydaları pozmuş hesab edilir.
Sualın ilk düzgün və izahlı cavabını verən Səid Süleymanov adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Sürücü burada ötmə edə bilər? - DOĞRU CAVAB
Formula 1-də hibriddən imtina edilir
Sürücü burada ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN











