"Əziz Şuşa" beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatdı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb.
Gəncə İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Göygöl Milli Parkında yekunlaşıb.
İdmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq, 102,9 km məsafə qət ediblər. Finişə hamıdan tez çatan velosipedçi italiyalı Alessandro Monako olub. Onun komanda yoldaşı Emanuele Ansolini ikinci, Qazaxıstan təmsilçisi Rudolf Remxi üçüncü yeri tutub.
Hər üç idmançı mükafatlandırılıb. Qalibə mükafatını Göygöl icra başçısı Elvin Paşayev təqdim edib.
Geridə qalan dörd turdan sonra ümumi sıralamada liderliyini qoruyan İtaliya idmançısı Emanuele Ansolini sarı formanı özündə saxlayıb.
Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər. (report)
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












