“Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibləri mükafatlandırıldı - FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının beşinci mərhələsinin qalibləri mükafatlandırılıblar.
Beyləqan-Şuşa marşrutu üzrə 132,2 km məsafəni hamıdan öndə tamamlayan ilk üç idmançı üçün mükafatlandırma mərasimi təşkil olunub.
İtaliyalı Emanuele Ansaloni qızıl, Rumıniya yığmasının üzvü Kristian Raileanu gümüş, Ansaloninin komanda yoldaşı Martin Nessler isə bürünc medala yiyələniblər.
Ümumi turniri qazanan Ansaloni sarı formanı da heç kimə verməyib. Azərbaycan millisinin üzvü Samir Cəbrayılov ən yaxşı dağ velosipedçisi kimi qırmızı formanı özündə saxlayıb. Qazaxıstanın “Astana” klubunun idmançısı Remxi Rudolf ən yaxşı gənc velosipedçi kimi ağ forma alıb.
Komanda hesabında isə İtaliyanın “Team Technipes” klubu çempion olub.
Qaliblərə mükafatlarını gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, yarışın marşrut üzrə direktoru Elçin Qəhrəmanov, daxili işlər nazirinin müavini İsmət Əliyev və Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi İlqar Nəzərov təqdim ediblər. (report)
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN

















