“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vuruldu - YENİLƏNİB

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə yekun vurulub.
Yarışa Beyləqan Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib. Sonuncu mərhələdə idmançılar Beyləqan-Şuşa marşrutu üzrə hərəkət ediblər. Ümumilikdə, velosipedçilər 132,2 kilometr məsafə qət ediblər.
Sonuncu mərhələnin nəticələrinə görə, birinci yeri İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Emanuele Ansaloni, ikinci yeri Rumıniya komandasının üzvü Kristian Raileano, üçüncü yeri isə eyni komandanın üzvü Adi-Narkis Marçu tutublar
***
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start verilib.
Avtosfer.az xəbər verir ki, velosipedçilər bu mərhələdə Beyləqan-Şuşa marşrutu üzrə 132,2 kilometr məsafə qət etdikdən sonra Azərbaycanın zəfər rəmzi olan Şuşa şəhərinin girişindəki finiş xəttinə çatacaqlar.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın dördüncü mərhələsinin qalibi İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Alessandro Monaco, ikinci yerin sahibi onun komanda yoldaşı Emanuele Ansaloni olub, üçüncü yerdə isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi qərarlaşıb.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












