"Formula 1": Azərbaycan Qran-prisi dünyada böyük marağa səbəb olub

Bakı altıncı dəfə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Report"a verilən məlumata görə, avtoidmanın zirvəsi hesab olunan yarışları işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir. Qlobal televiziya izləyicisi 1.55 milyard olan "Formula 1"i ESPN, Sky Sports, Motorsport, Autosport kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.
Təkcə yarış həftəsonunda Azərbaycan Qran-prisi barədə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb.
Bakıdakı yarış ənənəvi media ilə yanaşı, sosial mediada da gündəmdə olub. Formula 1-in yutub kanalında Azərbaycan Qran-prisi haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçib. Tvitterdə isə yarış zamanı #AzerbaijanGP həştəqinin 128 milyon görüntüsü olub.
Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran-qrisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. ESPN-in verdiyi məlumata əsasən, ötən il Azərbaycan Qran-prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı (1.04 milyon izləyici ilə) adına layiq görülərək Monako Qran-prisinin rekord izləyici sayını üstələyib.
Bundan başqa, Bakıdakı yarış ABŞ-ın məşhur onlayn platforması Netflix-də yayımlanan "Drive to survive" serialında dörd mövsümdür ki, nümayiş etdirilir. Beşinci mövsümün çəkilişi üçün yaradıcı qrup Bakı mərhələsini lentə alıb.
Qeyd edək ki, bu platformanın qlobal olaraq 221,64 milyon abunəçisi var.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











