"Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi

Mövsümün ən həyəcanlı şəhər yarışlarından biri - 2025-ci ilin "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına başlanıb.
Avtosfer.az xəbər verir ki, biletləri www.azerbaijangp.com rəsmi veb-səhifəsindən əldə etmək mümkündür.
Həmçinin, "Baku City Circuit" mobil tətbiqi üzərindən 20% güzəştlə biletlər əldə etmək olar. Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri "pit zolağı" gəzintisi imkanı əldə edərək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar. BŞH bildirib ki, ötən il "pit zolağı" gəzintisində iştirakçı sayı rekord sayda olub.
"Ötənilki Bakı yarışı həftəsonunda azarkeşlərin sayı son 8 ildə ən yüksək səviyyəyə çataraq, 76 min nəfərə yüksəlib! Siz də builki həyəcanı birbaşa Bakı Şəhər Halqasında yaşamaq istəyirsinizsə, vaxt itirməyin! Biletlərinizi əldə edib yerlərinizi indidən tutun - "Formula-1"in sürət dolu anlarına qoşulun!
75 illik yubileyini qeyd edən "Formula-1" üzrə dünya çempionatı bu il möhtəşəmliyi ilə yaddaşlarda qalacaq. Yüksək maraqla gözlənilən builki Azərbaycan Qran-prisi yenə də dünya avtoidmanının diqqətini paytaxtımıza yönəldəcək", - deyə BŞH-nin məlumatında bildirilib.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












