"Formula 1"in rəhbəri dəyişir

"Ferrari" komandasının keçmiş rəhbəri Stefano Domenikali gələn il "Formula 1"in sükanı arxasına keçəcək.
"Report"un BBC-yə istinadən məlumatına görə, 55 yaşlı italiyalı funksioner hazırda idman avtomobilləri istehsalçısı "Lamborghini"nin icraçı direktorudur. Domenikali Beynəlxalq Avtomobil Federasiyasında komissiyalardan birinə də rəhbərlik edir.
O, "Ferrari"dən 2014-cü ilin əvvəlində ayrılıb. "Formula 1"də baş direktor postunu 2017-ci ildən Çeyz Keri tutur. Lakin "Liberty Media"nın promouterləri çoxdandır ona daha nüfuzlu əvəzedici axtarırlar. Bu vəzifə üçün "Mercedes"in rəhbəri Toto Volffun namizədliyi hallansa da, təyinatına "Ferrari" komandası imkan verməyib.
Bu komanda "Formula 1" rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyasına çox böyük təsir gücünə malikdir.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












