Luis Hamilton Mixael Şumaxerin rekordunu təkrarlaya bilər

Formula 1 üzrə dünya çempionatının 11-ci mərhələsi - Ayfel Qran-Prisi start götürür. Yarış Almaniyanın “Nurburqrinq” avtodromunda keçiriləcək.
Yarışda “Mercedes”in təmsilçisi Luis Hamilton Formula 1-in yeddiqat dünya çempionu almaniyalı Mixael Şumaxerin rekordunu təkrarlaya bilər. Britaniyalı sürücü bu nailiyyətə çatmaq üçün Soçidəki son mərhələdə ilk cəhdində fürsəti əldən verib. Bunun səbəbi L.Hamiltonun səhv yerlərdə hazırlıq keçməsinə görə aldığı iki beş saniyəlik cərimə olub. Nəticədə, o, üçüncü yerdə qərarlaşıb. İngiltərəli sürücü ikinci cəhdini bir sıra ölkələrin koronavirus şəraitində mərhələ keçirməkdən imtina etməsindən sonra mövsüm təqviminə daxil edilən Ayfel Qran-Prisində edəcək.
Bu yarış, həm də, M.Şumaxerin oğlu Mikin qatılacağı ilk Formula 1 turniri olacaq. O, ilk məşqini “Alfa Romeo” komandası ilə keçirəcək. Onun “Ferrari”dəki komanda yoldaşı britaniyalı Kallum Aylott də Formula 1-də debüt məşqini edəcək.
“Nurburqrinq”də Formula 1 mərhələsi sonuncu dəfə 2013-cü ildə keçirilib və alman Sebastyan Fettelin çempionluğu ilə başa çatıb. (AZƏRTAC)
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












