"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...

Formula 1 mövsümü üçün "Mercedes"in yeni W17 avtomobilindən şikayətlər artıb. Avtosfer.az Mia.az-a istinadla xəbər verir ki, bəzi Formula 1 komandaları Beynəlxalq Avtomobil Federasiyasına (FIA) şikayətlərində "Mercedes"in yeni mühərrikinin 2026-cı il qaydalarını pozduğunu iddia ediblər. Məlumata əsasən, Barselonada test sürüşləri zamanı "Mercedes"in performansı rəqib komandalar arasında şübhələrə səbəb olub: "2026-cı il qaydaları mühərriklərdə sıxılma nisbətini 18:1-dən 16:1-ə endirir. Lakin mühərrik soyuq olduqda götürülən bu ölçü yarış şəraitində istiləşmə və genişlənmənin təsirlərini əhatə etmir. Şikayət edən komandalar "Mercedes"in mühərrik isti olduqda sıxılma nisbətini artıraraq bu boşluqdan istifadə etməsindən narahatdırlar".
"Mercedes"in rəhbəri Toto Volff isə şikayəti rədd edib. O bildirib ki, yeni mühərrik qaydalara tam uyğundur. İtaliyalı rəhbər həmçinin rəqiblərinə "Mercedes"in avtomobilinə deyil, öz işlərinə diqqət yetirməyi tövsiyə edib.
Bu arada "Mercedes"in 2026-cı il avtomobili olan W17 ilk dəfə komandanın Böyük Britaniyadakı qərargahında təqdim olunub. W17 "Mercedes"n əvvəlki avtomobillərindən daha dar və yüngüldür.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











