"Mercedes"in gənc ulduzu tarix yazdı

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli Şanxayda keçirilən 2026-cı il "Formula-1" üzrə dünya çempionatının ikinci mərhələsi - Çin Qran-prisinin təsnifat mərhələsində ən yaxşı nəticəni göstərib.
Avtosfer.az xəbər verir ki, cəmi 19 yaş 201 günlük olan gənc istedad almaniyalı Sebastyan Fettelin 2008-ci ildə qeydə alınmış (21 yaş 72 gün) göstəricisini yeniləyərək, "Formula-1" tarixinin ən gənc poul sahibi adını qazanıb.
Sıralama turunda Antonellinin komanda yoldaşı, britaniyalı Corc Rassell ikinci mövqedə qərarlaşıb. İlk üçlüyü isə "Ferrari"nin britaniyalı sürücüsü Lyuis Hemilton tamamlayıb.
Qeyd edək ki, daha öncə şənbə günü Şanxayda baş tutan sprint yarışında Rassell finiş xəttini birinci keçmişdi.
Həyəcanla gözlənilən əsas yarış sabah, martın 15-də baş tutacaq və mübarizəyə Bakı vaxtı ilə saat 11:00-da start veriləcək.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











