Mixael Şumaxerin son durumu açıqlandı

İsveçrəli neyrocərrah Erik Riderer "Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin durumu barədə danışıb. "Report"un məlumatına görə, Riderer RMC-yə açıqlamasında almaniyalı sabiq sürücünün vegetativ vəziyyətdə olduğunu bildirib. Bu isə Şumaxerin oyandığı, amma cavab vermədiyi anlamına gəlir: "O, nəfəs alır, ürəyi döyünür. Yəqin ki, otura və insanların köməyilə xırda addımlar ata bilər. Fikrimcə, bu, Şumaxerin maksimumudur. Onun qəzayadək olan vəziyyətinə qayıtma şansının olmadığını düşünürəm".
Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








