Ralli üzrə yeddiqat dünya çempionu bu sürücü oldu

"Toyota" komandasının sürücüsü Sebastyen Ojyo klassik ralli (WRC) üzrə dünya çempionatının qalibi olub.
"Report"un məlumatına görə, fransalı idmançı çempionluğa İtaliyanın Montsa şəhərində yiyələnib. O, həlledici mərhələdən öncə britaniyalı komanda yoldaşı Elfin Evansdan 14 xal geri qalaraq, ikinci yerdə gedib. Lakin Montsa rallisində Evans səhvə yol verərək, xal zonası hüdudlarından uzaqda qalıb. 32 yaşlı idmançı yalnız "power stage"də 3 xalla 3-cü yeri tutub. Ojyo isə finişə birinci çataraq, ümumi sıralamada əsas rəqibini geridə qoyub.
Montsa rallisində estoniyalı Ott Tyanak ("Honda") ikinci, onun ispaniyalı komanda yoldaşı Dani Sordo üçüncü yeri tutub.
Beləliklə, koronavirus pandemiyası üzündən 7 mərhələyə endirilən təqvimin yekununda Ojyo 122 xalla birinci, Evans 114 xalla ikinci, Tyanak 105 xalla üçüncü olub.
Qeyd edək ki, Sebastyen Ojyo 7 qat dünya çempionluğu qazanmaqla yanaşı, finlandiyalı Yuha Kankkunendən sonra üç müxtəlif maşın markasında qalib gələn ikinci sürücü kimi tarixə düşüb.
Fransalı idmançı titul sayında yalnız həmyerlisi, 9 qat dünya çempionu Sebastyan Löbdən geri qalır. Ojyo 2008-ci ildən çıxış etdiyi WRC-də 156 rallinin 49-dan qalib ayrılıb.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












