“Tour de France” veloyürüşünün 18-ci mərhələsinin qalibi polşalı velosipedçi Mixal Kvyatkovski olub
Yarışma
18 Sentyabr 2020 19:52

Bir neçə günü əhatə edən “Tour de France” veloyürüşünün 18-ci mərhələsi başa çatıb. Veloyürüşün 18-ci mərhələsində iştirakçılar 175 kilometr məsafə qət ediblər. Finiş xəttini rəqiblərindən tez keçən polşalı Mixal Kvyatkovski mərhələnin qalibi adını qazanıb. O, 4 saat 47 dəqiqə 33 saniyə nəticə göstərib. Ekvadorlu Riçard Karapas ikinci olub. İlk üçlüyü isə belçikalı Vout van Art tamamlayıb. Ümumi yarış cədvəlinə sloveniyalı Primoj Roqliç başçılıq edir. O, 79 saat 45 dəqiqə 30 saniyə nəticə ilə birincidir. Onun həmyerlisi Tadey Poqaçar liderdən 57 saniyə geri qalır. Kolumbiyalı Anhel Lopez Migel isə üçüncü yerdə qərarlaşıb. İyirmi bir mərhələdən ibarət “Tur de Frans” veloyürüşünə sentyabrın 20-də yekun vurulacaq. (AZƏRTAC)
Oxunub : 1834
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 10:00
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
25 Sentyabr 2026 16:26
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
25 Sentyabr 2026 10:30
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
24 Sentyabr 2026 10:56
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
24 Sentyabr 2026 10:06
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
24 Sentyabr 2026 09:11
Bu gün Bakıda "Formula 1" başlayır
22 Sentyabr 2026 19:00
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
18 Sentyabr 2026 10:11
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
11 Sentyabr 2026 12:30
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
4 Sentyabr 2026 20:00
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
28 Avqust 2026 11:18
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
18 Avqust 2026 12:00
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
ŞƏRH YAZ












