"Xəzər Media Mərkəzi"nin xidmət rəhbəri beynəlxalq "Fridayvinq" müsabiqəsində Azərbaycanı təmsil edir - FOTO

“Xəzər Media Mərkəzi”nin Proqramların monitorinqi xidmətinin rəhbəri Namiq Əhmədzadə Bolqarıstanın Burqas şəhərində “Fridayvinq” üzrə keçirilən 28-ci dünya çempionatında Azərbaycanı təmsil edib. 29 ölkənin qatıldığı dünya çempionatında 120-dən çox idmançı iştirak edir.
4 mərhələli yarışmanın artıq iki mərhələsi geridə qalıb və həmyerlimiz orada yaxşı nəticə göstərib: “Dünyanın tanınmış idmançılarının qatıldığı belə bir yarışmada iştirak etmək və Azərbaycanı təmsil etmək qürurvericidir. Bizdə idmanın bu növü yeni inkişaf edir və gələcəkdə daha da yaxşı nəticələr əldə edəcəyimizə əminik. Lakin mən artıq “Dynamic With Bifins(DYNB) disiplin”i üzrə 75 metr üzməklə milli rekord vurmuşam”.
Qeyd edək ki, Namiq Əhmədzadə 2019-cu ildən bəri sualtı ovla məşğul olur. O, idmanın fridayvinq növü üzrə bu ilin fevral ayından ciddi şəkildə məşqlərə başlayıb. May ayında isə Azərbaycan çempionatında “Nəfəsi sabit saxlama” disiplini üzrə 3-cü yerə layiq görülüb. Namiq Əhmədzadə bildirib ki, bundan sonra dünya çempionatında iştirak etmək üçün təklif alıb: “İyunun 24-də yarışmanın son günüdür. Qaliblər bundan sonra müəyyən olunacaq”.
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi
Bu yolda hansı sürücü qaydaları pozmur? - DOĞRU CAVAB
Bu yolda hansı sürücü qaydaları pozmur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB








