40 il sənsiz keçən ömrüm…

20 il XX əsrin, 20 il də XXI əsrin payına düşən əbədi ayrılıq illəri...Bu, təkrarsız ömrümüzün 40 ili deməkdir. Mən bu iki əsrin hər 20 ilini övlad üçün arxa, dayaq sayılan varlıq -atasız yaşadım. Yaşamadım, sadəcə, günü-günə caladım. Atasız dünyamda həyatımın ən ağrılı üzünü gördüm və hələ də görürəm. Çünki atam bizdən birdəfəlik ayrıldı, bu dünyanı əbədi tərk etdi.
il insanın əqli kamilliyə çatdığı dövr, 40 il bir ömrün şirinli-acılı tarixçəsidir. Ataya daha çox sığınan, güvənən, ehtiyac duyduğum vaxtımda-17 yaşım vardı Sən məni Sənsiz qoyanda...
polis mayoru Musa Abdullayev canından artıq sevdiyi ailəsindən, ömrünü, gününü, sağlamlığını sərf etdiyi polis peşəsindən, əfsuslar ki, çox tez ayrıldı; 1980-ci il fevralın 10-da avtomobil qəzasında dünyasını dəyişdi. Soyuq qış gecəsi onun qara xəbəri evimizə, isti ocağımıza elə bir şaxta, sazaq gətirdi ki...Bu soyuq bu gün də məni üşüdür, ürəyimdə bir ata yanğısı olmasına baxmayaraq, ruhum, cismim hələ də buz kimidir.
Səninlə dolu olan qayğıkeş uşaqlıq illərimi geriyə istədim, sən vardın arxam var idi, heç nədən və heç kimdən qorxmazdım, sənə söykəmişdim kürəyimi...Çiyinlərimdə hələ də bir istilik var. Düz 40 ildir mən bu hərarəti hiss edirəm. Atasızlığım kövrək gözlərimdən oxunur...Mən o vaxtı da səhv etməzdim; mənə düzgün yol göstərərdin, indi çalışıram ki, heç səhv etməyim, məsləhətlərin bu gün də mənə örnəkdir...
Qəribədir, mənim hər zaman ən doğru andım – “atam canı” olmuşdur, bu acı həqiqəti bilə-bilə onun ölümünü qəbul edə bilmirəm. Etiraf edim ki, bu, heç də asan deyil. Əgər bircə gün mən onun ölümünə inanaramsa...nələr olacağını təsəvvür etmirəm. Həqiqətən dözülməz olurmuş ata itkisi...
Həyatımın boşluğunu heç nə doldura bilmir; nə işim, nə ətrafım. Bir övladlarımın varlığıdır təsəllim. Və bir də onu bilirəm ki, bu dünya əbədi deyil, bir gün gələn, bir gün gedəcək. Yaş ötdükcə mən də üzü qüruba doğru gedirəm. Bu həyatda düzgün, mərd, yaxşı əməllərlə yaşamağa çalışıram. Çalışıram ki, əməllərimlə atama, anama cənnəti qazandırım…
Bu gün harda polis görürəmsə gözlərim dolur, ürəyim atlanır. İsti-soyuq, yay-qış demədən xidmət aparan bu insanların dözümünə, vüqarına heyran olmamaq olmur. Atam da belə idi…
Deyirlər, arxalı qızlar daha mətin, daha güclü olurlar. “Ata” adlı mayakı olan qızlar dərin dəryalarda batmaz, fırtınalara sinə gərər, uzun uzadı yolları maneəsiz qət edərlər. Bir də, deyirlər, qızlar ata xeyir-duası ilə xoşbəxt olurlar. Mənsə...
Tahirə Bədirxanova
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı











