Çimərliklərə gedişlə bağlı YENİLİK: İstiqamət belə ola bilər

Yay aylarında şəxsi avtomobillərlə çimərliklərə kütləvi axın həm tıxaclara, həm də ekoloji problemlərə yol açır. Təklif edilir ki, bunun qarşısını almaq üçün həftəsonları “Azadlıq”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” kimi metro stansiyalarından Novxanı, Sumqayıt, Nardaran, Zağulba, Kürdəxanı, Buzovna çimərlik zonalarına xüsusi avtobus marşrutları açılsın. Bildirilir ki, bu, həm ictimai nəqliyyatın əlçatanlığını artırar, həm də yolların yüklənməsinin qarşısını alar. Bəziləri isə ümumiyyətlə, çimərliklərə şəxsi maşınla getməyin qadağan edilməsini təklif edir.
Həftəsonları plyajlara şəxsi maşınla getməyin qarşını necə almaq olar?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, insanların şəxsi avtomobildən istifadəsinə birbaşa qadağa qoymaq hüquqi baxımdan mümkün deyil:
“Problemi yumşaltmaq üçün müxtəlif yollar düşünmək mümkündür. Məsələn, ictimai nəqliyyatı səfərbər edib plyajlara marşrut avtobusları təyin etmək olar. Yəni metro stansiyalarından – məsələn, “Azadlıq”, “Gənclik”, “Qara Qarayev”, “Koroğlu” və “Neftçilər”dən sözügedən istiqamətə müntəzəm avtobus reysləri təşkil olunarsa, bu, şəxsi nəqliyyat vasitələrinin sayının azalmasına səbəb ola bilər”.
Ekspert əlavə edib ki, bəzi hallarda yol nişanları vasitəsilə məhdudiyyətlərin tətbiqi mümkündür:
“Bəzi küçə və yolların girişində məlum saatlarda yük avtomobilləri üçün qadağa nişanları qoyulur. Eyni qayda ilə müəyyən ərazilərə şəxsi minik avtomobillərinin daxil olması da məhdudlaşdırıla bilər. Lakin bu məsələlər hüquqi müstəvidə və Dövlət Yol Polisi tərəfindən araşdırılmalıdır. İnzibati qadağalarla yox, rahat ictimai nəqliyyat və məlumatlandırma yolu ilə problemi tənzimləmək daha məqsədəuyğundur”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










