Etibarnamə ilə bağlı yeni qərar sürücülərə NƏ VƏD EDİR?

Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem öz həllini tapıb. Belə ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq. Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı daha ətraflı nəqliyyat eksperti, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında danışıb:

"Bizim hazırda qüvvədə olan qanunvericiliyimizə görə, avtomobil sahibləri faktiki olaraq digər şəxslərə etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etməyə səlahiyyətlər verirdilər. Bu zaman sürücülər qayda pozurdularsa, tətbiq olunan cərimələr əksər hallarda sürücülərə yox, həmin nəqliyyat vasitəsinin sahibinə yönəlirdi. Amma artıq vaxtın seçilməsi məsələsi var. Yəni tarix etibarnamə alan şəxs tərəfindən seçiləcək və həmin vaxtdan nəqliyyat vasitəsinin idarə olunması zamanı törədilən qayda pozuntularında cərimələr avtomobil sahibinə deyil, birbaşa idarə edən sürücüyə tətbiq olunacaq".
Ekspert qeyd etdi ki, yeni qərarın müsbət tərəfi prosesdə ədalətli yanaşmanı təmin etməsidir:
"Etibarnamə ilə sürücü, konkret olaraq başqa şəxs hansısa yol hərəkəti qaydasını pozursa və ona cərimə tətbiq olunursa, bunun təbii ki, birbaşa ünvanına çatması ədalətli yanaşma olacaq. Bu inzibati cərimənin tətbiqi məhz xətanı törədən şəxsə yönələcək".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










