Sürücülər işləyir, şirkətlər qazanır: Taksilərin 3 əsas problemi nə vaxt həll olunacaq?

Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək. Sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin götürmək və ya endirmək üçün avtobus zolaqlarından istifadəyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər. Bu barədə məlumatlar yrli saytlarda yayılıb və müzakirələrə yol açıb.
Bəs görəsən, taksi sürücülərinin bu tələbləri nə dərəcədə qanunidir? Ümumiyyətlə, onların istəklərinə müsbət reaksiya verilə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əslində taksi sürücülərinin üç əsas problemi var:

“Birincisi ondan ibarətdir ki, taksi şirkətləri sürücülərin qeyri-nağd ödəmələrini vaxtında vermir. Bu səbəbdən də taksi sürücüləri ilə sərnişinlər arasında problemlər yaşanır. Taksi sürücüləri bəzən qeyri-nağd ödənişləri görəndə sərnişinlərdən imtina edirlər. İkisinci səbəb ondan ibarətdir ki, taksi şirkətləri bu gün taksi sürücülərinin hüquqlarını tapdalayırlar. Onları normadan çox işlədirlər. Müəyyən şirnikləndirici kompaniyalarla taksi sürücüləri 14 və yaxud 16 saat işləməli olurlar. Üçüncü məsələ isə taksi şirkətlərinin taksi sürücülərindən aldığı komissiya haqlarıdır ki, bu, 25 faizə qədər yüksəlir“.
Ekspert qeyd edir ki, tələblər sırasında sadaladıqlarım yoxdur. Ona görə də, düşünürəm ki, boykot kompaniyasında qazanan tərəf taksi şirkətləri olacaq.
“Taksi sürücüləri bizim vətəndaşlarımızdır. Onların hüquqlarını qorumalıyıq. Müvafiq qurumlarda taksi şirkətləri qarşısında məsələ qaldırmalıdırlar ki, onlara ödənilən qeyri-nağd ödənişləri vaxtında qaytarılsın. Taksi sürücülərini 14 və yaxud 16saat işlətməsinlər. Taksi sürücülərindən alınan komissiya haqları azaldılsın”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











