Yas mərasimlərində PUL YIĞIMI - Adət, yoxsa mənəvi borc tələsi?

Artıq bir çox rayonlarda yas mərasimlərində ehsan süfrələrinin təşkili qadağan edilib. Bunun ardınca cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də yaslarda pul yığmaq adətidir. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Bizim.Media"ya açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, yas mərasimlərində dəftər və siyahı ilə pul yığmaq həm dinə, həm də milli adət-ənənələrimizə ziddir:
“İslam dininə görə yas düşən ailəyə insanlar maddi və mənəvi dəstək göstərməlidirlər. Bu, pul, ərzaq və ya yemək şəklində ola bilər. Amma dəftərə yazdırmaq ölü sahibini borclu etmək, onun üzərinə minnət qoymaq deməkdir. Bu hal sanki kafedə yemək yeyib haqqını ödəməyə bənzəyir. Daha sonra həmin məbləğin qarşı tərəfdən geri tələb olunması isə narazılıq və dedi-qoduya səbəb olur”, - deyə ilahiyyatçı vurğulayıb.
Tural İrfan əlavə edib ki, əvvəllər ölkədə daha sağlam bir adət mövcud olub, yas evinin qapısında sandıq və ya qab qoyular, başsağlığına gələnlər imkanları daxilində ora pul atardılar. Kimin nə qədər yardım etdiyi isə gizli qalardı:
“Dinimizdə də buyurulur ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Odur ki, əgər təmtəraqlı ehsanlar ləğv edilirsə, yaslarda dəftər və borc siyahısı da aradan qaldırılmalıdır. Kömək etmək istəyənlər bunu yalnız təmənnasız şəkildə etməlidirlər”, - deyə ilahiyyatçı qeyd edib.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











