127 nömrəli yeni müntəzəm marşrut xətti "Baku Bus"a verildi

Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Xüsusilə şəhərətrafı ərazilərdə məskunlaşma nəzərə alınaraq sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən “Puta” hərbi şəhərciyinin hərbiçi sakinlərinin nəqliyyat xidmətdindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. Müntəzəm xəttin istismarı “BakuBus” MMC tərəfindən həyata keçiriləcək. Bununla da “Puta” hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olununacaq. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Marşrut xətti 27.01.2021-ci il tarixdən fəaliyyətə başlayacaq".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












