2016-ci ilin qeyri-iş günləri açıqlandı – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı ilin iş vaxtı normasını və İstehsalat təqvimini təsdiq edib. Avtosfer.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. “İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 2016-cı ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn günü), 8 Mart (Qadınlar günü), 20, 21 , 22, 23, 24 mart (Novruz bayramı), 9 May (Faşizm üzərində Qələbə günü) iş günü hesab edilmir.
Bundan başqa, 28 May (Respublika günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş günü), 26 İyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) günləri də iş günü hesab edilmir”,- deyə nazirlikdən deyilib.
Nazirlikdən bildirilib ki, 2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












