4 saylı Yol İstismar İdarəsinin binası təmirdən sonra istifadəyə verilib

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Qusar rayonda 4 saylı Yol İstismar İdarəsinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. Binanın istifadəyə verilməsi mərasimində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və cəmiyyətin əməkdaşları iştirak ediblər. İlk öncə yeni binaya baxış keçirilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin 4 saylı Yol İstismar İdarəsinin rəisi Natiq Mehdiyev mərasim iştirakçılarını bina ilə tanış edib.
4 saylı Yol İstismar İdarəsinin inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş güşə yaradılıb. Bundan başqa son illər ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə yol infrastrukturunun inkişafını tərənnüm edən fotostend də quraşdırılıb.Qeyd edək ki, inzibati bina 2 mərtəbədən ibarətdir. Yenicə təmir olunmuş inzibati binada yaradılan şərait burada əməkdaşların işinə də müsbət təsirini göstərir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq





















