Aktau limanında konteyner qovşağı tikilir

Bu ilin oktyabr ayında “Lyanyungan Limanı” şirkəti ilə əməkdaşlıq çərçivəsində Aktau limanında konteyner qovşağının tikintisinə başlanılıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu barədə Şanxayda Qazaxıstanın Baş naziri Oljas Bektenov və Çin Dövlət Şurasının Baş naziri Li Çian arasında keçirilən görüşdə deyilib.
Qazaxıstan tərəfinin məlumatına görə, layihə Aktau limanının konteyner daşıma qabiliyyətini ildə 300 min iyirmi fut ekvivalent vahidə (İFE) çatdırmağa imkan verəcək.
Aktau (Qazaxıstan) dəniz limanı Xəzər dənizinin şərq sahilində bir neçə beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsi nöqtəsində yerləşir. Liman İran, Türkiyə, Rusiya, Azərbaycan, Türkmənistan istiqamətində ildə 12 ay və gündə 24 saat şərqdən qərbə, şimaldan cənuba və əks istiqamətdə quru yüklərin, xam neftin və neft məhsullarının daşınmasını təmin edir.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












