Altı yeni “TCL” smartfonu buraxılacaq

Məşhur bloger Evan Blass altı yeni “TCL” smartfonunun təqdim ediləcəyini açıqlayıb.
Məlumata görə, şirkət “TCL 20 Pro”, “20E”, “20L”, “20L ”, “20S” və “20Y” modellərinin buraxılışına hazırlaşır.
Seriyada qabaqcıl model “TCL 20 Pro 5G” olacaq. Qurğu 6,67 düymlük displey, 6 giqabaytlıq operativ yaddaş və “Snapdragon 750G” prosessoru ilə təchiz ediləcək. “Snapdragon 662” mobil platforması əsasında “TCL 20L” seriyalı modellər də analoji ekranla təchiz ediləcək.
Brendin daha bir yeni qurğusu 4 giqabaytlıq operativ yaddaş və “Snapdragon 665” prosessoruna malik “TCL 20S” smartfonudur. Siyahını “MediaTek Helio P22” prosessorlu “TCL 20E” və “20Y” modelləri tamamlayır. Smartfonlar digər qurğulardan daha az operativ yaddaş tutumu və kiçik ekran diaqonalı ilə fərqlənəcək.
İlkin məlumata görə, “TCL” qurğularının təqdimatı aprelin 14-də keçiriləcək. Yeni smartfonların qiyməti hələ ki açıqlanmayıb./“ICTnews”
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












