“Apple” smartfon bazarında yenə birincidir

2020-ci ilin dördüncü rübündə dünya bazarında smartfon satışlarına görə “Apple” 2016-cı ildən bu yana ilk dəfə birinci yerə çıxıb.
“Gartner” araşdırma mərkəzi tərəfindən açıqlanan statistik rəqəmlərə görə, hesabat dövründə “Apple” 80 milyona yaxın smartfon sataraq dünya bazarındakı payını 20,8 %-ə çatdırıb. Ekspertlərin fikrincə, bu nailiyyət daha çox 5G rabitəsini dəstəkləyən “iPhone 12” və “iPhone 12 mini” smartfonları sayəsində qazanılıb.
İkinci yerdəki “Samsung” 62,11 milyon smartfon sataraq bazarın 16,2 %-nə, üçüncü yerdəki “Xiaomi” də 43,43 milyon satışla bazarın 11,3 %-nə nəzarət edib. Sonrakı yerləri tutan müvafiq olaraq “OPPO” və “Huawei” ABŞ tərəfindən tətbiq olunmuş sanksiyalar üzündən satışlarda böyük itkilərlə üzləşib.
Bütövlükdə ötən ilin dördüncü rübündə dünyada smartfon satışları 5,4 %, ilin əvvəlindən 12,5 % azalıb. Bu da koronavirus pandemiyası üzündən tədarük zəncirlərindəki fasilələrlə əlaqələndirilir./report
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












