Avtobusda ödəniş yeni üsulla həyata keçiriləcək

Təmassız kartlar və mobil qurğular tezliklə Böyük Britaniyanın şəhərlərarası nəqliyyatında əsas hesablaşma vasitəsi ola bilər. Sərnişinlər nəqliyyatın müxtəlif növlərindən istifadə edərkən smartfon və kartlarla ödəmə həyata keçirə biləcəklər. Müvafiq təşəbbüs ölkənin parlamentində açıqlanıb. Azertac psm7.com saytına istinadla xəbər verir ki, Ödəniş Kartlarının Britaniya Assosiasiyası təmassız ödənişlərin qəbulu sisteminin tətbiqinə imkan verəcək standartlar hazırlayıb. Onlar artıq Birləşmiş Krallığın ərazisində istifadə olunan müasir ödəniş alətləri ilə uyğunlaşdırılacaq.
Ölkənin nəqliyyat naziri Endryu Cons bildirib ki, "Smart-bilet inqilabı müasir və əlverişli nəqliyyat şəbəkəsi qurmağa kömək edəcək. Hazırda ölkədə 700 min smart-kart artıq fəaliyyət göstərir. Ölkənin ən iri nəqliyyat operatorları olan "Stagecoach First Bus", "Go-Ahead", "Arriva" və "National Express" bu ilin yayınadək təmassız ödənişlərin tətbiqi planını hazırlamalıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












