Avtomobillərin ehtiyat hissələrinə yeni tələb - VİDEO

Bundan sonra Azərbaycana idxal edilən, həmçinin ölkədə istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxılacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) Avtosfer.az-a verilən məlumata görə, bu tələbin qoyulması Nazirlər Kabinetinin 27 noyabr 2015-ci il tarixli qərarı ilə avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinin təhlükəsizliyi təmin olunmalı məhsullar siyahısına daxil edilməsi ilə bağlıdır.
«Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında» qanuna əsasən, uyğunluğun qiymətləndirilməsini, başqa sözlə sertifikatlaşdırmanı akkreditasiya olunmuş müstəqil qurumlar həyata keçirir. Məlumat üçün bildiririk ki, SMPDK yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi 3 sertifikatlaşdırma orqanının fəaliyyət sahəsində avtonəqliyyat vasitələrinin ehtiyat hissələrini sertifikatlaşdırmaq nəzərdə tutulub. Bunlar “AzeSert” MMC, “Azcertcenter” MMC və “TexnoSert” MMC-dir. Qurumlar haqqında ətraflı məlumatı Dövlət Akkreditasiya Xidmətinin rəsmi internet səhifəsindən – www.accreditation.gov.az saytından əldə etmək mümkündür.
SMPDK istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyyat hissələrini almamağı tövsiyyə edir. “Milli Sertifikatlaşdırma Sistemi haqqında” Əsasnaməyə əsasən, sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq məqsədləri üçün keçirilir.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












