Avtoservislər 3 kateqoriyaya bölünəcək - YENİLİKVİDEO

Təmir zamanı avtomobilə qoyulan ehtiyat hissəsinə ustalar zəmanət vermir, ya da əvvəlcədən sürücüyə bu barədə xəbər verilmir. Nəticədə təmirdən sonra avtomobilin həmin hissəsində təkrar nasazlıq yarandıqda sürücü ilə avtoservis əməkdaşları arasında mübahisə olur. Artıq buna son qoyulacaq. Azərbaycanda avtoservislər 3 kateqoriyaya bölünəcək ki, belə hallar baş verməsin.
Sürücü Yaqub Orucov avtoservisin əməkdaşları ilə nə qədər mübahisə etsə də 75 manat ödəyərək avtomobili ordan çıxara bilib. Belə hallarla ən çox avtoservislərə müraciət edən sürücülər üzləşir. Bu hallar nəzərə alınaraq ölkədə avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələrinin standartı təsdiq edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə avtoservislər 3 - A, B və C kateqoriyalarına bölünəcək.
''B''-kateqoriyası əsasən paytaxdan kənarda olan avtoservislərə aiddir. Məsələn hansısa xarici ölkə istehsalı olan avtomobilin rayonlarda servisi yoxdursa həmin yerdə olan təmır sexıni baxış keçiriləcək. Standartlara cavab verirsə onlarla müqavilə bağlanacaq. Bəs ustalar necə həmin avtomobilləri təmir edə biləcəklərmi?
Sadalanan bütün kateqoriyalarda sürücü və bütün avtomobil təmiri sexləri arasında işə başlamazdan əvvəl müqavilə bağlanacaq. Müqavilədə təmir vaxtı avtomobildə istifadə ediləcək ehtiyyat hissələri, yağlar bir sözlə baş verə biləcək xoşagəlməz hadisələrdən tutmuş kiçik məsələlərə qədər bəndlər yer alacaq. Bu o deməkdir ki, artıq sürücü Yaqub Orucovun başına gələn hadisə avtmobil təmiri sexlərində yaşanmayacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












