“Avtovağzal” stansiyası bu il də istifadəyə verilməyəcək – FOTO

İnşasına 2009-cu ildə başlanan "Avtovağzal" stansiyası bu il də istifadəyə verilməyəcək. Avtosfer.az oxu.aza istinadən xəbər verir ki, fasilələrlə inşası davam etdirilən stansiyanın yalnız gələn il hazır olacağı real görünür. İndi həmin stansiyada yenidən iş gedir.
Bayır hissəsində son tamamlama işləri aparılır və yaşıllıq salınır.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzadlıqRadiosuna bildirib ki, "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarda tikinti başa çatıb: "Hər iki stansiyada abadlıq aparılır və avadanlıq quraşdırılır. Liftlər və eskalatorlar da quraşdırılıb".
N.Paşayevin sözlərinə görə, "Avtovağzal" stansiyasının 8-ci çıxışında - Bakı-Sumqayıt yolunun altından Biləcəriyə sarı keçiddə də son tamamlama işləri görülür: “Hər iki stansiyanın 2016-cı ilin 2-ci yarısında istifadəyə verilməsi planlaşdırılır”.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












