AYNA problemli həll etdi - Sürücülər daha 3 km yolu fırlanmayacaq - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb.
Avtosfer.az xəbər verir ki, təhlillərə əsasən, hazırda Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarır. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyil.
Ərazidə yaşayan sakinlərin çoxsaylı istəkləri nəzərə alanıraq, Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.
Həyata keçirilən layihə çərçivəsində sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanacaq. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksi istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə edə biləcək.
Layihəyə əsasən, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq.
Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq, nişanlanma xətləri təşkil ediləcək.
Tətbiq ediləcək dəyişikliklər barədə videoçarxda tanış ola bilərsiniz.
Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verildi
Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat - FOTOLAR
Mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırıldı - FOTO
Yeni metro stansiyaları hansı əraziləri əhatə edəcək? - Xırdalan istiqamətindən gələnlərə müjdə - VİDEO
10 yeni stansiya harada tikiləcək? - RƏSMİ CAVAB
Bakıda iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub - FOTOLAR
Sürət qatarından istifadə edənlər üçün ŞAD XƏBƏR - Yeniliklər açıqlandı
Bakıda velosipedçilər üçün yeni LED svetoforlar istifadəyə verildi - VİDEO
Nazir məşhur polis rəisinin qohumuna yüksək vəzifə verdi
Qış parkındakı bütün eskalatorlar işə salındı - VİDEO
Azərbaycanda benzin və dizelin qiyməti artırıldı











