AZAL Bakı-Berlin-Bakı aviareysini bərpa edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 27 mart 2016-ci il tarixindən etibarən Bakıdan Berlinə müntəzəm reyslərin bərpa ediləcəyini elan edir. AZAL-dan verilən məlumata görə, Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 08:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də, Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 18:25-də yerinə yetiriləcək. AZAL-ın reysi Berlin hava limanının daha yüksək səviyyəli xidmət, digər beynəlxalq istiqamətlər üzrə hava limanında əlverişli tranzit müddəti və müasir biznes zalı (business lounge) ilə fərqlənən əsas terminalı olan “A” terminalına gəlir. Bakı-Berlin-Bakı marşrutu üzrə aviabiletin qiyməti 371 avrodan başlayır.
Bakı-Berlin-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək. Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.
Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olarhttp://www.azal.az/az/azal-miles ).
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












