AZAL yeni qiymətləri açıqladı - Cədvəl

"Azərbaycan Hava Yolları" (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlarda aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasətin tətbiq edilməsi barədə elan edib. Qurumun mətbuat xidmətindən Avtosfer.az-a daxil olan xəbərdə bildirilir ki, yeni konsepsiya çərçivəsində "Azərbaycan Hava Yolları"-nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.
“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.
Baqajın (23 kq-a qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.
Budget tarifi üzrə istiqamətlərin qiymətləri
|
İstiqamət |
Bir tərəfəaviabiletin son qiyməti (avro ilə) |
|
Tbilisi |
69 |
|
Tehran |
79 |
|
Aktau |
79 |
|
Mineralnıye Vodı |
79 |
|
Moskva ("Vnukovo") |
89 |
|
Moskva ("Domodedovo") |
89 |
|
İstanbul ("Sabiha Gökçen") |
89 |
|
Alanya |
89 |
|
İstanbul ("Atatürk") |
99 |
|
Antalya |
99 |
|
Dubay |
99 |
|
Kazan |
99 |
|
Ankara |
109 |
|
Kiyev |
109 |
|
Minsk |
119 |
|
Sankt-Peterburq |
129 |
|
Lvov |
139 |
Bu istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan “Budget” tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. “Discount” tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verir. “Comfort” tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.
Bütün tariflər üzrə reyslər çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles
Bundan əlavə, "Azərbaycan Hava Yolları" aşağıdakı marşrutlar üzrə uçuşlara yeni qış aksiyası barədə elan edir:
|
Marşrut |
Aviabiletin son qiyməti |
|
Bakı - Paris - Bakı |
349 EUR |
|
Bakı - Milan - Bakı |
329 EUR |
|
Bakı - Nyu-York - Bakı |
499 EUR |
|
Nyu-York - Bakı - Nyu-York |
549 USD |
|
Bakı - Praqa - Bakı |
329 EUR |
|
Praqa - Bakı - Praqa |
359 USD |
|
Bakı - Tel-Əviv - Bakı |
299 EUR |
|
Tel-Əviv - Bakı - Tel-Əviv |
329 USD |
|
Bakı - London - Bakı |
329 EUR |
Bu aksiya çərçivəsində bilet satışı 11 yanvar 2016-cı il tarixində başlayacaq və 5 mart 2016-cı il tarixinə kimi davam edəcək, uçuş tarixi 11 yanvar 2016-cı il tarixindən 6 mart 2016-cı il tarixinə kimidir.
Aviabiletlərin qiymətinin aşağı salınması məsələsi bundan sonra da AZAL-ın gündəliyində olacaq. Sərnişinlərə maksimum əlverişli şərtlər təqdim etmək aviaşirkət üçün prioritet təşkil edir.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












