Azərbaycan yeni nəsil pilotsuz uçan aparatların istehsalına başlayır

Azərbaycan zərbə PUA-larının istehsalına başlayacaq. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi (MSN) yeni nəsil pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 2016-cı ildə başlayacaq. Bu barədə jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Nazir bununla bağlı dövlət başçısının tapşırıq verdiyini qeyd edib. “Bu uçuş aparatları kəşfiyyatla yanaşı digər funksiyaları da həyata keçirəcək, aşkarladığı hədəfləri məhv edə biləcək. Yeni PUA üzərində işlər 2016-cı ilin sonlarında başa çatdırılacaq və istehsalına başlanacaq”, – deyə nazir vurğulayıb.
Nazir bundan əlavə, uzaq mənzilli raketlərin istehsalı istiqamətində müvafiq qurumlarla danışıqlar aparıldığını və yaxın zamanlarda bu məhsulların istehsalına başlanacağını bildirib.
Nazir bildirib ki, MSN nəzdində 2016-cı ildə 4 zavod və 3 istehsal sahəsini istifadəyə verilməsi nəzərdə tutulur. Yeni istehsal sahələrində RPQ-7V2 tipli tank əleyhinə qumbaraatanlar üçün 4 növ mərminin, 40×46 mm çaplı barabanlı qumbaraatan və onun sursatlarının, iri çaplı izburaxan sursatların, M6, M12 partladıcı başlıqların, tank və artilleriya vasitələri üçün 6 növ döyüş sursatının, 5.45 mm-dən 30 mm-dək bütün növ atıcıı silahlar üçün lülələrin istehsalı həyata kerçiriləcək. “Hazırda MSN olaraq ordumuzu atıcı silahlar, onların ehtiyat hissələri və döyüş sursatları ilə tam təmin edirik”.
Y.Camalov bu il məhsul ixracı ilə bağlı bir neçə layihənin reallaşdırıldığını, daha bir neçə layihənin reallaşma mərhələsində olduğunu və danışıqların davam etdiyini vurğulayıb.
Bu gün nazirliyin tərkibində 28 müəəssisə fəaliyyət göstərir. Bu zavodlarda 54 istehsal sahəsi yaradılıb və müəssisələr müasir istehsal texnologiyalarl ilə təchiz olunub. Hazırda MSN müəssisələrində 1077 adda müdafiə təyinatlı məhsul istehsal edilir.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










