Azərbaycanda 4 avtomobil körpüsü inşa ediləcək

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisi işlərinə start verilir. «Azəryolservis»-dən Avtosfer.az-a verilən məlumata görə, tikinti işləri ölkə başçısının tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılacaq. Körpülərin Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılır. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa ediləcək.
Kür çayı üzərində inşa ediləcək körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası planlaşdırılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmir yolu üzərindəki tikiləcək körpünün isə uzunluğu 34 metr olacaq. Layihə Asiya İnkişaf Bankının ayırdığı kredit hesabına maliyyələşdirilir. Təqribən bir ay müddətində mobilizasiya işləri başa çatdırılaraq, tikintiyə start verilməsi planlaşdırılır. Layihənin tikinti müddəti ilkin olaraq 2 il nəzərdə tutulub.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












