Azərbaycanda dağ piyada marşrutları yaradılıb

2020-ci ildə ekoturizmin və davamlı turizmin inkişafına dəstək və ölkəyə gələn turistlərin əsas tələbatı olan dağ piyada marşrutlarının yaradılması Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun əsas prioritet fəaliyyyət istiqamətlərindən biri olub. Bu məqsədlə, dağ cığırları ilə yürüş marşrutlarının işarələnməsi layihəsi çərçivəsində ölkəmizin üç müxtəlif istiqamətində 16 dağ piyada marşrutu hazırlanıb.
Bu barədə “Report”un sorğusunun cavabında Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, seçilmiş marşrutların çətinlik dərəcəsi asan və orta kimi qiymətləndirilib: “Marşrutlar orta fiziki hazırlığa malik və heç bir ciddi fiziki problemi olmayan istənilən adamın istifadəsi üçün uyğundur. Dağ cığırlarının fiziki işarələnməsi ilə yanaşı, bütün marşrutların GPS (Global Positioning System) yazıları, xəritələri və digər lazımi məlumatların azerbaijan.travel vebsaytının müvafiq bölməsində yerləşdirilməsi nəzərdə tutulub. Şimal istiqamətində yerləşən marşrutlar Quba və Qusar rayonlarının ərazisində yerləşir. Hər iki rayonun ərazisində üç marşrut olmaqla toplamda bu reqionda 6 marşrutun işarələnməsi nəzərdə tutulub (Xınalıq – Qalaxudat (8 km), Qalaxudat-Qrız (12 km), Qrız-Qrızdəhnə (8,5 km), Şahdağ Turizm Mərkəzi – Laza (4,7 km), Laza – Kuzun (6,5 km), Kuzun – Yergi Kek (8 km))”.
"Marşrutların başlanma nöqtələrində yerləşdiriləcək informasiya lövhələri istisna olmaqla bu marşrutların işarələnməsi tamamlanıb. Hər bir rayondakı marşrutları birləşdirərək və yolüstü kəndlərdə yerləşən qonaq evlərində gecələyərək davamlı və hər iki istiqamətdə getmək mümkündür. Gələcəkdə hər iki rayonun dağ cığırları ilə birləşdirilməsi mümkündür. Müvafiq qonaq evlərinin siyahısı azerbaijan.travel vebsaytında və hazırlanacaq broşurlarda yerləşdiriləcək", - deyə məlumatda qeyd edilib.
Vurğulanır ki, Şimal-qərb istiqamətində yerləşən marşrutlar Şəki, Qax və Zaqatala rayonlarının ərazisində yerləşir. Toplamda bu reqionda 5 marşrutun işarələnməsi nəzərdə tutulub (Car-Honzoqor (9,2 km), Honzoqor-Qəbizdərə (6,4 km), İlisu-Qaşqaçay (16 km), Qaşqaşay-Qumuq (5,5 km), Baş Göynük – Kiş (14,6 km)): "Hər bir rayonun ərazisində yerləşən marşrutları birləşdirərək və yolüstü kəndlərdə yerləşən qonaq evlərində gecələyərək davamlı və hər iki istiqamətdə getmək mümkündür. Müvafiq qonaq evlərinin siyahısı azerbaijantravel.com vebsaytında və hazırlanacaq broşurlarda yerləşdiriləcək. Marşrutların aprel ayında tamamlanması nəzərdə tutulub".
Ölkənin qərb reqionunda işarələnəcək 5 ədəd yürüş marşrutları Göygöl, Daşkəsən və Gədəbəy rayonlarında yerləşir. Qiymətləndirilməsinə ötən ildən başlanılan marşrutların işarələnməsinin May ayında yekunlaşdırılması planlanır. Marşrutların bəziləri iki rayonərazisindən keçir (Əzgilli-Cavadxan (13 km), Əzgilli-Çıraqlı (9,3 km), Çıraqlı-Dəstəfur (8,5 km), Əmirvan-Mehransa (10,4 km), Soyuqbulaq-Mahransa (10 km)). Hər bir rayonun ərazisində yerləşən marşrutları birləşdirərək və yolüstü kəndlərdə yerləşən qonaq evlərində gecələyərək davamlı və hər iki istiqamətdə getmək mümkündür. Müvafiq qonaq evlərinin siyahısı azerbaijan.travel vebsaytında və hazırlanacaq broşurlarda yerləşdiriləcək.
Həmçinin, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu 2021-ci ildə cənub turizm koridoru, o cümlədən Naxçıvan və Qarabağ regionlarında da dağ piyada marşrutlarının qiymətləndirilməsi və layihələndirilməsini planlaşdırılır”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












