Azərbaycanda kişilər üçün sayt yaradıldı - VİDEO

Kişilər üçün nəzərdə tutulan Gent.az saytı fəaliyyətə başlayıb. Gent.az müasir kişilərin fiziki, əqli və emosional həyatlarına təsir edən, onu inkişaf etdirən, dəb,mədəniyyət, incəsənət, idman, karyera, qadınlar, texnologiya, səyahət, həyat tərzi, sağlamlıq, əyləncəyə dair ən son yenilikləri və aktual xəbərləri əhatə edən Azərbaycanın ilk və tək onlayn kişi jurnalıdır.
Gent.az – kişilərin rahatlıq hiss edəcəyi onlayn platformadır. Ən son texnoloji yeniliklər, avtomobillər və məşhur brendlər haqqında maraqlı məlumatlar, gözəl xanımlarla tanışlıq və qadınlarla münasibətlər, sağlam həyat tərzi, daha dəbli görünmək üçün faydalı məsləhətlər saytın əsas mövzularını təşkil edir.
Saytın layihə rəhbəri Araz Davudun sözlərinə görə Gent.az sadəcə sayt deyil, kişilərin əyləncə və stil üzrə naviqatoru, proqressiv dünya görüşü və azadlıq simvoludur. “Biz güclü cinsə yeni dünya reallıqlarında və müasir mədəni mühitdə orientirlənməyə imkan yaradacaq, qadınlar və cəmiyyətlə münasibətlərdə uğurlu olmaqda kişilərə yardımçı olacağıq. Saytda sadə dillə vacib mövzular barədə yazaraq oxuculara ətrafda baş verənləri daha yaxşı başa düşmələri üçün şərait yaratmışıq. Maraqlı xəbərlər verir, məhşurlarla müsahibələr edir, oxucular üçün önəmli olan vizual həllər hazırlayırıq”.
Gent.az bu gündən istifadəçilərin ixtiyarına buraxılıb. Sayta keçid edərək ətraflı tanış ola bilərsiniz.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












