Azərbaycanla Türkiyə arasında beynəlxalq avtomobil əlaqələri genişlənir

Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Ankara şəhərində Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, statistik məlumatların mübadiləsi, daşımaların inkişaf perspektivləri, yük və sərnişin daşımalarında mövcud problemlər və onların həlli yolları, Azərbaycan - Türkiyə avtodaşıyıcılarını maraqlandıran digər məsələlər (viza, sərhəd-keçid məntəqələrindəki iş rejimi, ağırtonnajlı və iri qabaritli nəqliyyat vasitələrinin hərəkəti, təhlükəli yüklərin daşınması, sığorta məsələləri) və 2016-cı il üçün icazə blanklarının kontingentinin təyin olunması müzakirə olunub.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, respublika ərazisinə daşınan tranzit yüklərin həcminin artırılması, şimal, cənub, şərq, qərb dəhlizlərindən Türkiyə avtodaşıyıcılarının tranzit keçidinin artırılması ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib. Daha sonra Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının protokolu imzalanıb. Azərbaycan tərəfdən sənədi Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Türkiyə tərəfdən isə Nəqliyyat Dənizçilik və İnformasiya Nazirliyinin Kara Yolu Düzənləmə genel müdir yardımçısı Hüseyn Yılmaz imzalayıb.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















