Bakı-Gəncə və Bakı-Qəbələ aviareysləri ləğv olunur

Bakı-Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı aviareysləri ləğv olunur. Hər iki reysin ləğv olunmasına səbəb onların rentabelli fəaliyyət göstərməmələri ilə bağlıdır. Həmçinin reyslərin ləğv olunmasının səbəblərindən biri də sərnişinlərin beynəlxaq uçuşları həyata keçirmək üçün daha çox sözügedən hava limanlarından istifadə etməsidir. Belə ki, hər iki hava limanında beynəlxalq uçuşların qiymətləri Bakıya nisbətdə xeyli ucuz başa gəlir.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində uçuşların noyabrın 21-də dayandırılması nəzərdə tutulur.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski də “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, Bakı- Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı reyslərində təyyarələr kifayət qədər dolmadığı və sözü gedən reyslər rentabelli olmadığı üçün ləğv olunacaq: «Artıq bu səbəblə Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir. Bakı-Gəncə-Bakı istiqamətində isə uçuşlar noyabrın 21-də ləğv ediləcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












