"Bakı Metropoliteni"ndən daha bir yenilik – FOTO

"Bakı Mteropoliteni"ndə kadr seçimi üzrə müsabiqədə müasir metodikalara əsaslanan xüsusi proqramdan istifadə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC-də kadrların yerləşdirilməsi və yerdəyişməsi ilə bağlı vakant vəzifələr üzrə metropoliten işçiləri arasında müsabiqə keçirilib. Metropolitenin müxtəlif sahələrində çalışan əməkdaşların iştirak etdiyi müsabiqədə, ilk dəfə olaraq, insan resurslarının idarə olunmasında profaylinq və operativ psixodiaqnostikanın müasir metodikalarına əsaslanan xüsusi proqramdan istifadə olunub: "Bu proqram namizədin psixoloji vəziyyətini, onun fərdi davranış xüsusiyyətlərini və bacarığını, həmçinin vakant vəzifəyə uyğunluq dərəcəsini təyin etmək üçün ətraflı məlumatı effektiv şəkildə təyin etməyə imkan verir. Namizədlərlə müsahibələr CİBS şirkətinin eksperti Təbriz Hacıyev tərəfindən fərdi şəkildə aparılıb və müsahibələr videogörüntülərə əsasən analiz olunub".
N.Paşayev qeyd edib ki, müsabiqə elektromexanika xidmətində mühəndis-texniki avadanlıqları və eskalator təsərrüfatı üzrə növbə dispetçerləri vəzifələrinə qəbulla bağlı olub: "Müraciət edən əməkdaşlar arasından 22 nəfər müsabiqədə iştirak edib. İlk mərhələdə həmin vəzifələrə iddialı olanların peşə yararlılığı kadr komissiyasının mütəxəssisləri tərəfindən araşdırılıb. Növbəti mərhələdə profaylinq sisteminə uyğun olaraq, namizədlərlə fərdi müsahibələr aparılıb, müsahibələrin təhlili nəticəsində onların vakant vəzifəyə uyğunluq dərəcəsi müəyyən olunub. Müsabiqənin nəticələrinə görə, 5 nəfərin peşəyə uyğunluğu təsdiq edilib və onlar müvafiq vakant yerlərə təyin olunublar".
Şöbə rəisi qeyd edib ki, "Bakı Metropoliteni" QSC fəaliyyətə başladığı ilk gündən xüsusi diqqətlə yanaşılan məsələlərdən biri də insan resurslarının təkmilləşdirilməsi olub: "Bu gün metropolitendə kadrların karyera perspektivi üçün bütün lazımi imkanlar yaradılıb. Gənc və bacarıqlı kadrların işə qəbulu, yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, əmək qabiliyyətinin qiymətləndirilməsi və bu qəbildən olan müvafiq işlərin təkmilləşdirilməsi müəssisənin insan resursları və xidmət departamentinin diqqət mərkəzində olan məsələlərdəndir".


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












