Bakı-Sumqayıt dəmir yolunun kənarı çəpərlənəcək

Bakı-Sumqayıt qatarı ilə bağlı daha bir xoşagəlməz hadisə qeydə alınıb. Bu haqda Modern.az-a məlumat verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib ki, hadisə zamanı yüngül xəsarət alan şəxs Keşlə qəsəbə sakini, 24 yaşlı Çinarə Sadıqovadır: “O, həyat yoldaşı ilə piyadalar üçün nəzərdə tutulmayan yerdən keçib. Həmin ərazidə qatarın sürəti saatda 80 kilometrdir. Nəzərinizə çatdırıram ki, hərəkətdə olan qatar şəxsə toxunmayıb, ancaq havası kənara tullayıb. Əraziyə dəvət edilən həkimlərin ilkin müdaxiləsindən sonra evinə buraxılıb”.
Nadir Əzməmmədov deyib ki, bu kimi halların təkrarlanmaması üçün Bakıdan Sumqayıta qədər yolun kənarı çəpərlənəcək: “Tədbirlər planına əsasən, “Bakı” sərnişin stansiyasından “Koroğlu” stansiyasına qədər hər iki tərəfdə çəpərləmə işləri həyata keçirilir. Plana əsasən çəpərləmə Sumqayıta qədər davam etdiriləcək.
Hazırda mühafizə dəstəsinin üzvləri Bakıdan Sumqayıta qədər hərəkət istiqamətində nəzarət həyata keçirir”.
Məlumat üçün bildirək ki, dekabrın 2-də, sərxoş halda Keşlə-Biləcəri məntəqəsində dəmiryolu xətti üzərinə çıxan Türkiyə vətəndaşı Harun Məhmət də eyni aqibətlə üzləşib. Saatda 100 kilometr sürətlə hərəkət edən qatarın zərbəsindən şəxs uzaq məsafəyə atılıb. Xəsarət alan Türkiyə vətəndaşı hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












