Bakı-Tbilisi-Qars dəmir yolunda sınaq qatarı hərəkət edib

Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun “Marabda-Kartsaxi” hissəsində sınaq qatarı hərəkət edib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, sınaq qatarının yeni sahədə hərəkəti uğurlu olub: “Bakı-Tbilisi-Qars dəmiryolu həm Gürcüstan üçün, həm də bütün region üçün çox mühüm layihədir. Bu magistral böyük iqtisadi və geosiyasi funksiyalara malikdir. Magistralın işə salınması nəticəsində Asiyadan Avropaya dəmiryol xətti açılacaq”.
“Marabda-Kartsaxi dəmiryolu” MMC-də bu hadisəni “bütün layihənin uğurla başa çatdırılması yolunda növbəti addım” adlandırıblar. Sınaq qatarının bu marşrut üzrə hərəkəti Yeni İpək Yolu üzrə hərəkət edən qatarın Tbilisiyə çatması ilə eyni vaxtda düşüb. 21 konteynerdən ibarət olan bu qatar Çindən Qazaxıstan, Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə Tbilisiyə çatır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












