Bakıda 600-dən çox piyada zolağı yenidən rəngləndi – FOTO

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən müəyyən işlər həyata keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə ASC-dən verilən məlumata görə, görülən işlər çərçivəsində zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilib, rəngi solmuş zolaqlar isə yenidən rənglənib. Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq ilkin etapda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ilk öncə təhsil müəssisələrinin yaxınlığında yerləşən küçə və prospektlərdə sözügedən işlər həyata keçirilib.
Ümumilikdə 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərin zəruri olan yerlərin yeni piyada zolaqları çəkilib, mövcudları isə yenidən rənglənib. Aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha təhlükəsiz olub və rahatlaşıb.
Növbəti etapda digər küçə və prospektlərdə anoloji işlər uğurla icra olunub və bu istiqamətdə işlər indi də davam etdirilməkdədir. Nəqliyyat Nazirliyi “ Azəryolservis” ASC tərəfindən planlı şəkildə həyata keçirilmiş işlər nəticəsində ümumilikdə Bakı şəhəri üzrə 600-dən çox piyada zolağı yenidən rənglənib və yeniləri çəkilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












