Bakıda bu ərazidə maşın saxlamaq qadağan edildi - VİDEO

Yasamal rayonunda "Şamaxinka" kimi tanınan ərazidəki böyük dayanacaq ləğv edilib. Buna səbəb dayanacağın tunelin üstündə olmasıdır. Avtomobillərini saxlamaq üçün yer tapmayan sürücülər isə ərazidə tıxaca səbəb olur. Avtoparkda cəmi 3 avtomobil qalıb, onların da sahibinin ortaya çıxması gözlənilir. Əftafdakı sürücülərin bildirdiyinə görə avtoparkın bağlanması və ətrafda avtomobil saxlamaq üçün yerin olmaması tıxaca səbəb olur. Avtoparkın ləğv olunması bəzi rayonlara sərnişin daşıyan sürücülər üçün də çətin olacaq. Onlşar avtomobilləri saxlamağa yer tapmaqda çətinlik çəkəcək.
Parkomatlara nəzərə edən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən bildirilir ki, həmin ərazidə dayanacaq üçün başqa yer yoxdur.
3 -cü mikrorayon bazarının qarşısındakı bu tunelin üstündə parkomat olmasa da köşkdə sürücülərdən 50 qəpik pul alınır. Məsələ ilə bağlı “Azəryolservis”dən bildirilir ki, qərar Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə qəbul edilib və zamanla paytaxtdakı bütün tunellərin üstündə və körpülərin altında avtomobil saxlamaq qadağan ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












