Bakıda bu saatlarda avtobus zolaqlarına girmək olar - YENİLİK - FOTO

Məlum olduğu kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən bir neçə küçə və prospektdə avtobus zolaqları çəkilib. Bu o deməkdir ki, digər nəqliyyat vasitələri həmin zolaqlara daxil ola bilməz.
Bu zolaqlar yalnız sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub.
Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum oldu ki, bəzi küçələrdə avtobus zolaqlarının başlanğıcına xüsusi nişanlar qoyulub. Bu nişanlar müəyyən saatlarda digər nəqliyyat vasitələrinin də zolaqlara daxil olmasına icazə verir.
Belə ki, Mikayıl Useynov küçəsində Bayraq meydanından Azneft dairəsinə qədər olan ərazidəki zolağa səhər saat 7-dən axşam 8-ə qədər daxil olmaq qasağandır.
Qara Qarayev prospektində səhər saat 7:00-dan 10:00-a və axşam 16:00-dan 19:00-a qədər zolaqlara girmək qasağandır. Digər saatlarda isə sürücülər həmin zolaqlardan istifadə edə bilər.
Günün pik saatları istisna olmaqla bəzi küçələrdə zolaqlardan istifadəyə icazə verilir. Amma zolağa daxil olmazdan əvvəl diqqətli olmaq lazımdır. Çünki hər küçə üçün ayrıca vaxtlar müəyyən olunub.
Orxan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















