Bakıda daha bir yolda təmir başa çatıb - FOTO

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Nizami rayonu Mikayıl Əliyev küçəsində apardığı kompleks təmir işlərini bitirib. Avtosfer.az “Azəryolservis” ASC-yə istinadən bildirir ki, küçənin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq tam olaraq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1 450 metr, küçənin ortalama eni isə 20 metrdir.
Sözügedən ərazidə “Azəryolservis” tərəfindən 1 km-dən artıq yağış-kanalizasiya sistemi qurulub, küçə boyu yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Yolun kənarına 3 min paqon metrə yaxın səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə bu ərazinin 2 qat olmaqla 30 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə yolun 4-5 metr genişləndirilməsi işləri də aparılıb.
Küçəsinin sözügedən hissəsində aparılan kompleks tədbirlər çərçivəsində ASC yol boyu işıqlandırma sistemini yeniləyib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Xatırladaq ki, bir müddət öncə Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi də təmir edilərək yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Həmin hissənin isə uzunluğu 1 375 metr, eni 26,5 metrdir, ikiqat olmaqla küçənin 36,5 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yol boyu müasirişıqlandırma sistemi qurulub, hər iki istiqamət üzrə yeni işıq dirəkləri quraşdırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
























