Bakıda sərnişinlərin rahatlığı üçün dəyişiklik - FOTO

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi əhaliyə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə NİİM-dən verilən məlumata görə, hazırda dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların real vaxtda çatma vaxtlarının əks olunması istiqamətində işlər aparılır. Mərkəz bildirir ki, avtobuslarda yeni quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Hazırda bununla bağlı test işləri aparılmaqdadır.
Qeyd olunub ki, sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq. Çox yaxın müddətdə bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcəkdir. Bu xüsusi proqramın mobil versiyası üzərində də işlər aparılır və yaxın gələcəkdə istifadə veriləcəkdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












