Bakıda sürət saatda 340 kilometrə çatacaq – VİDEO

Azərbaycan son illərdə böyük miqyaslı tədbirlərə ev sahibliyi edib. Avropa Oyunlarını çox uğurlu keçirib, öz imzamızı atdıq. Ondan sonra yeni bir mərhələyə qədəm qoyduq. Bu da “Formula-1” yarışını keçirməkdir. Avtosfer.az xəbər verir ki, bu fikirləri apatv-yə Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. Şöbə rəhbəri Bakı trasının əlavə üstünlüklərindən də danışıb. Belə ki, bolidlər Hökumət evinin qarşısından start götürərək saat əqrəbinin əksi istiqamətində irəliləyəcək və İçərişəhərin ətrafı boyunca dövr edəcəklər. N.Arpadarai Rusiyadan sonra postsovet ölkələri arasında ikinci olaraq Azərbaycanın ev sahibliyi edəcəyi mərhələnin özəlliyinə görə digərlərindən fərqlənəcəyinə inam ifadə edib: “Sürətinə görə şəhər trasları arasında birinci, ümumi traslar arasında isə İtaliyanın Monsa trasından sonra ikinci olacağıq. Biz bolidlərin Bakıda saatda 340 km-ə qədər sürət artıra biləcəyini gözləyirik. İçərişəhər ətrafında olan hissə hərəkət üçün kifayət qədər çətindir. Enişlər və yoxuşlar var. Fikrimcə, bu konfiqurasiya çox gözəl qurulub”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












