Bakıda xüsusi asfalt qatı salınacaq – Yarışdan sonra soyub atacaqlar

“Bakı Şəhər Halqası” şirkəti gələn il Bakıda keçiriləcək Formula-1 Avropa Qran-prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində tikinti işlərinin aparılması və hərəkətin məhdudlaşdırılması ilə əlaqədar mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Şirkətdən Avtosfer.az-a bildiriblər ki, Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunmuş layihə üzrə şəhər halqasında xüsusi asfalt qatının çəkilişi və digər tikinti-quraşdırma işlərinin aparılması əsasən 2016-cı ilə nəzərdə tutulub. Şirkət tikintiyə bağlanacaq yollarda təmir-tikinti işlərinin əhalinin məişətinə və yol hərəkətinə təsirini minimuma endirmək üçün xüsusi plan tərtib edib və onun həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Yüksək keyfiyyət meyarına əsasən hazırlanacaq asfalt yollarının, sonradan yerin dərin qatında yerləşən kommunal qovşaqlarında yarana biləcək nasazlıq halları üzündən sökülməsinin qarşısını indidən almaq məqsədilə hazırda aidiyyəti qurumlar tərəfindən önləyici tədbirlər görülür.
Bilavasitə Formula-1 yarışı üçün salınacaq asfalt qatının çəkilişi, tamaşaçı tribunalarının tikintisi, trek boyu beton baryerlərin və Hökumət Evinin qarşısında xüsusi qurğuların quraşdırılması işləri mərhələli şəkildə aparılacaq. Bəzi ərazilərdə əhalinin gündüz saatlarında hərəkət axınına əngəl yaratmamaq məqsədilə işlər gecə növbəsi üzrə həyata keçiriləcək.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əməkdaşlıq edən “Bakı Şəhər Halqası” 2016-cı ildə müvafiq küçə və prospektlər üzrə yolların bağlanması haqqında məlumatı öncədən ictimaiyyətə çatdıracağını bəyan edir.
Qeyd edək ki, Formula-1 yarışı standartına cavab verən yenilənmiş yollar Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO













