“Bakıətrafı ərazilərə avtobusların sayı artırılacaq” - Yeni marşrutlar AÇILIR

Milli Məclisdə müzakirələr zamanı deputat Adil Əliyev yeni salınan qəsəbələrə marşrut xətlərinin olmamasına diqqət çəkib. O bildirib ki, həmin ərazilərdə yaşayan insanlar marşrutların olmamasından əziyyət çəkirlər. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Modern.az-a bildirib ki, sərnişindaşıma sahəsində xidmətin yüksəldilməsi iqtiqamətində son bir neçə ayda kifayət qədər ciddi islahatlar həyata keçirilib: “Bakubus”ın avtobusları fəaliyyətə başlayıb, avtobus sürücülərinə qarşı xüsusi nəzarət tətbiq olunub. Eyni zamanda, dayanacaqdan kənar saxlama, qayda pozuntuları son iki ayda təxminən 70 faiz azalıb”.
Şəfa Mehmanqızı qeyd edib ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər bir qədər səbirli, anlayışlı olsalar, tədricən Bakı ətrafındakı ərazilərə də avtobusların sayı artırılacaq: “Mərkəzi hissədə nəzarət güclənib. Hissə-hissə bu proseslər öz həllini tapacaq. Ehtiyac olarsa, yeni salınan ərazilər üzrə avtobus sayının artırılması, yeni xətlərin açılması mümkündür. Bu gün 5 xətt üzrə “Bakıbus” avtobusları fəaliyyət göstərir. “Bakıbus”un avtobusları daha 7 marşrut üzrə fəaliyyət göstərəcək. Bu səbəbdən əvvəlki xətlərdə müvafiq dəyişiklik ediləcək və ola bilsin ki, onlar ləğv ediləcək, yaxud bəzisi yeni xətt kimi fəaliyyətə başlayacaq. Bütün bu dəyişiklərdən sonra ehtiyac olan yerlərə də əlavə xətlər açılacaq. Amma bu, bir gün, bir həftə ərzində baş verən hadisə deyil. Hamı istəyir ki, birdən-birə həllini tapsın. Amma bu zaman tələb edən məsələdir. Yeniliklərimiz davam edir. Sərnişinlər bir qədər dözümlü olsalar, bu proseslər də həllini tapacaq”.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












