Bakının daha bir küçəsi təmirə bağlanıb

Yasamal rayonu Əhməd Cəmil küçəsinin Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən hissəsi əsaslı şəkildə təmir olunur.Avtosfer.az xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-dən verilən məlumata görə, bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib. Kompleks şəkildə aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib. “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işləri aparılan yollarda vətəndaşların rahat və maneəsiz şəkildə hərəkəti daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Məhz bu səbəbdən də yolların hərəkət hissəsi ilə bərabər piyada səkiləri də təmir edilir. Əhməd Cəmil küçəsində də mövcud olan piyada səkilərinin təmir olunaraq, asfaltlanması işləri aparılır. Qeyd edək ki, səkilərin kənarlarına ümumilikdə 1 300 paqon-metr yeni səki daşı düzülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İkiqat və 10 santimetr qalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kvadrat metr sahəsinin asfaltlanması planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















